"Maska taxarkən “nəfəsim çatmır, ürəyim sıxılır" deyənlərin DİQQƏTİNƏ
02 dekabr 2020 16:43 (UTC +04:00)

"Maska taxarkən “nəfəsim çatmır, ürəyim sıxılır" deyənlərin DİQQƏTİNƏ

Tibbi maska hava-damcı yolu ilə yayılan xəstəliklərin yayılmasının qarşısını almağa kömək edir. Qeyri-tibbi maskaların, xüsusilə parçadan olanların heç bir qoruyuculuğu yoxdur.

e-tibb.az xəbər verir ki, bunu uzman həkim, nevroloq Nailə Ələkbərova bildirib. Həkim vurğulayıb ki, tibbi maskanı düzgün istifadə etmək vacibdir: “Maska həm burun, həm ağzımızı tutmalıdır.

Sizdə maska istifadəsi düzgün olarsa, amma qarşınızdakı insan düzgün taxmazsa və ara məsafəsi 2 metrdən az olarsa, Covid19-a yoluxma baş verə bilər. Ona görə də hər kəs doğru yanaşma etməlidir”.

Onun sözlərinə görə, uşaqlar tibbi maskasız ictimai yerə aparılmamalıdır. Həkim qeyd edib ki, maska istifadəsi tibbi cəhətdən sağlamlığımız üçün heç bir zərər yaratmır: “Maska taxmağa tibbi cəhətdən heç-bir əks-göstəriş yoxdur. Yəni heç bir xəstəlik, hamiləlik və s. səbəb deyil kimaska taxılmasın.

Bəzi insanlar maska taxarkən “nəfəsim çatmır, ürəyim sıxılır” və s. kimi səbəblər irəli sürərək daimi burnunu çıxarır, yəni ağzını örtür, burnunu örtmür, ya da maskanı çənəsinə taxır. Bu, bir qorxu-həyəcan pozulmasıdır, müalicə tələb edir. Bəziləri isə karbon qazını geri udaraqbeynimizə zərərdir düşünür, maska taxmamağı doğru sayır. Bu isə tamamilə əsassız, səhv mülahizədir.

Qaydalara doğru əməl edək, xəstəliyi gizlətməyək, şübhəli əlamət hiss edəndə özümüzü və dərhal təmasda olduqlarımıza xəbər edib 14 gün karantinə alınaq və doğru vaxtlarda 2-3 dəfə analiz verək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6466
avatar

Oxşar yazılar